Silah anbarında partlayış, yanğın davam edir

Qazaxıstanın Arıs şəhərində yerləşən silah anbarında partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Partlayışdan sonra ətrafdakı yaşayış massivindən sakinlərin təxliyəsi başlayıb. Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev silah anbarında baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması üçün göstəriş verib. SİA xəbər verir ki, prezident Daxili İşlər və Müdafiə nazirliklərinə olaydan sonra yaranmış problemlərin həlli ilə əlaqədar önləyici tədbirlərin görülməsi ilə bağlı təlimat verib.

Tokayev qeyd edib ki, ərazidə yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək üçün baş vermiş olayın səbəblərini tapmaq lazımdır.

Ölkənin müdafiə naziri Nurlan Yermekbayev hazırda bölgədədir. Yanğının səbəbləri araşdırılır.

Qazaxıstan Fövqəladə Hallar Şurasının açıqlamasına görə, partlayış Arıs şəhərində yerləşən “N” saylı hərbi hissənin silah anbarında baş verib. Hadisədən dərhal sonra ərazidə yaşayan sakinlərin təxliyəsi başlayıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Bölgəyə cəlb edilmiş xilasetmə əməliyyatı yanğının qarşısını almağa çalışır.

Arıs şəhərində 45 min insan yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə