Suriyadan Türkiyəyə keçən 4 terrorçu həbs olunub

Türkiyənin Şanlıurfa bölgəsində Suriya ilə sərhəddə yerləşən Suruç rayonu ərazisində PYD/PKK terror təşkilatının 4 üzvü həbs olunub. SİA xəbər verir ki, saxlanılan şəxslər Suriyanın Ayn el-Arab bölgəsindən qanunsuz yolla Türkiyə ərazisinə keçərkən yaxalanıblar. Bildirilir ki, təhlükəsizlik qüvvələrində terrorçuların gəlişi ilə bağlı operativ məlumat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə