Çin və ABŞ liderləri G20-də görüşəcəklər

Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında ticarət məsələlərini müzakirə edəcək. SİA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan görüşün “Böyük iyirmilər” (G20) qrupunun iyunun 27-28-də Osakada keçiriləcək sammiti çərçivəsində baş tutacağını bildirib.

Xatırladaq ki, iki ölkə arasında davam edən ticarət mübahisələri, qarşılıqlı olaraq idxal rüsumlarının çoxaldılması, Birləşmiş Ştatların “Huawei” də daxil olmaqla Çin şirkətlərinə tətbiq etdiyi qadağa və məhdudiyyətlər, habelə Cənubi Çin dənizindəki vəziyyət, ABŞ-ın Tayvan adası ilə əlaqələri Çin-ABŞ münasibətlərində gərginliyin yaranmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə