Polşada atalıq məzuniyyəti varmış

Polşada bu ilin geridə qalan dövründə 61,1 min nəfərdən çox insan atalıq məzuniyyəti hüququndan istifadə edib. SİA xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər artıqdır.

Polşa qanunlarına görə, istənilən ata övladı doğulduqdan etibarən iki il ərzində, iki həftəlik məzuniyyət hüququna malikdir. Vətəndaş bu məzuniyyətdən iki il ərzində istifadə etməzsə, artıq bu hüququnu itirmiş olur.

Bütün xəbərlər Facebook səhifəmizdə