Litva ordusu üçün yeni helikopterlər alınacaq

Litva Müdafiə Nazirliyi ordu üçün yeni helikopterlərin alınması ilə əlaqədar müsabiqə elan edib.

SİAxəbər verir ki, Litva hökuməti bu məqsəd üçün 300 milyon avro ayırmağı nəzərdə tutur. Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələrə cavabdeh əməkdaşı Asta Qaldikayte bildirib ki, hazırda bazarın analizi aparılır, universal xarakterli, sonrakı istismar zamanı keyfiyyətli servisi təşkil oluna biləcək helikopterlərə üstünlük veriləcək.

Hazırda Litva ordusunun istifadəsində 3 ədəd Rusiya istehsalı Mi-8 və 3 ədəd Fransa istehsalı Dauphin helikopterləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə