Binəli Yıldırım İmamoğlunu təbrik etdi

İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermənin ilkin nəticələrinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi, “Milliyyət ittifaqı”nın vahid namizədi Əkrəm İmamoğlu irəlidədir.

SİA xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi, “Cümhur ittifaqı”nın vahid namizədi Binəli Yıldırım KİV nümayəndələri qarşısında çıxış edərək hazırda Əkrəm İmamoğlunun ondan irəlidə olduğunu bildirərək rəqibinə təbriklərini çatdırıb və nəticələrin İstanbul üçün xeyirli olmasını arzu edib.

Qeyd edək ki, səsvermədə əsas mübarizə AKP-nin namizədi, sabiq Baş Nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə CHP-nin namizədi, İstanbulun Bəylikdüzü rayon bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu arasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə