Üç jurnalist hələ də xəstəxanadadır

İyunun 20-21-də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyaları zamanı xəsarət alan 240 nəfərdən 28-i hələ də xəstəxanalarda müalicələrini davam etdirir. Onlardan ikisinin vəziyyəti sabit ağır qiymətləndirilir.

SİA xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, xəstələr arasında 2 polis əməkdaşı və 3 jurnalist var.

Yaralıların əksəriyyəti baş və kürək nahiyəsindən rezin güllə və dəyənək zərbəsi alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə