Ərdoğandan Əkrəm İmamoğluya zərbə

"Prokurorluğun verəcəyi qərar İmamoğlunun önünü kəsə bilər". Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul bələdiyyə başqanlığına namizədi Əkrəm İmamoğluya qarşı Ordu valisinin qaldırdığı iddia haqqında danışarkən bildirib.

Ərdoğan həmçinin İmamoğlu ilə Binəli Yıldırım arasında keçirilən teledebatda moderatorun ikinciyə qarşı qərəzli olmasına işarə vurub: "Moderatorun Binəli bəyin çıxışını tez-tez kəsməsi halları oldu. Binəli bəyə verdiyi zamanla rəqibə verilən zaman arasında fərq oldu. İndi kimsə bunu hiss etməyə bilər, amma biz qeydə almışıq. 26 dəfə Binəli bəyin çıxışını kəsdi, CHP-nin namizədinin çıxışını isə 10 dəfə. Belə ədalətsizlik olurmu? Çıxışı 26 dəfə kəsmək nə deməkdir. CHP-nin namizədinə 63 dəqiqə söz verirsən, AKP-nin namizədinə 59 dəqiqə. Ədalət harada qaldı?"

Bütün xəbərlər Facebook səhifəmizdə