"Səudiyyə dərhal Türkiyədən üzr istəsin" BMT-nin reportyoru

Səudiyyə ərəbistanlı jurnalist, “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının İstanbul konsulluğunda qətlə yetirilməsinin məsuliyyəti məhz Səudiyyə Ərəbistanının üzərinə düşür. Bunu BMT-nin xüsusi reportyoru Aqnes Kallamard cinayətlə bağlı hazırladığı sənəddə qeyd edib.

Kallamard bildirib ki, Səudiyyə Ərəbistanı Türkiyədən üzr istəməlidir.

Sənəddə yer alan maddələr:

– Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanı dövlətinin məsuliyyət daşıdığı məhkəməsiz edamdır.

– Səudiyyə Ərəbistanı diplomatik üstünlüklərindən sui-istifadə etməsinə görə Türkiyə hökumətindən üzr istəməlidir.

– ABŞ Qaşıqçı cinayətinin araşdırılması üçün Federal Təhlükəsizlik Bürosunda istintaq başlatmalıdır.

– Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin də daxil olduğu ali səviyyəli nümayəndlərin istintaqa cəlb olunması üçün dəlillər mövcuddur.

– BMT-nin baş katibi Antonio Quterres Qaşıqçının qətli ilə bağlı cinayət dosyesi açmalıdır.

– Qaşıqçının öldürülməsi ilə bağlı sanksiyalar Məhəmməd ibn Salman və onun xaricdəki mülklərini əhatə etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə