Hər bir italiyalının 39 min avro borcu var

Bu ilin aprel ayında İtaliyanın dövlət borcunun məbləği növbəti tarixi maksimuma çataraq 2,373 trilyon avro təşkil edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı - "Bankitalia” məlumat yayıb.

Məlumata görə, bu rəqəm mart ayının yekunu ilə müqayisə 14,8 milyard avro çoxdur. Artım dövlət xərclərinin artması hesabına baş verib.

İtaliyanın istehlakçıların hüquqlarının müdafiəsi üzrə təşkilatı "Codacons” bəyan edib ki, hazırda ölkənin hər bir vətəndaşına 39 min avro, hər ailəyə isə 93 min avro borc düşür.

Xatırladaq ki, İtaliya əhalisinin sayı 60 milyon 626 min 442-dir. ÜDM-in həcmi isə 1 trilyon 814 milyard 76 milyon dollardır. Rəqəmlərdən də göründüyü kimi İtaliyanın xarici borcu ÜDM-i düz iki dəfə üstələyir.

Bütün xəbərlər Facebook səhifəmizdə