Tramp ABŞ-ın yeni Müdafiə Nazirinin adını aşıqladı

Mark Esper ABŞ Müdafiə Nazirinin səlahiyyətlərinin yeni icraçısı təyin olunub.

SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün Twitter səhifəsində bildirib. Prezident bu barədə yazıb: “Çox gözəl iş aparan Müdafiə Naziri səlahiyyətlərinin icraçısı Patrik Şanahan bu vəzifəyə Senat tərəfindən təsdiqini gözləmədi və ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirdi. Mən Patrikə gözəl xidmətinə görə təşəkkrmü bildirirəm və quru qoşunlar komandanı Mark Esperi Müdafiə Naziri vəzifəsinin yeni müvəqqəti icraçısı təyin edirəm. Esperi tanıyıram və şübhə etmirəm ki, işinin öhdəsindən gələcək”.

Esper daha əvvəllər quru qoşunlarına rəhbərlik edib. Buna qədər o, “Raytheon” müdafiə korporasiyasının vitse-prezidenti, Senat aparatında baş məsləhətçi kimi çalışmış və “Heritage Foundation” konservativ ekspert mərkəzinə rəhbərlik edib.

Şanahan isə 2019-cu ilin əvvəllərindən Pentaqon rəhbəri vəzifəsinin mvəqqəti icraçısı təyin edilmişdi. Təyinata qədər o, Müdafiə Nazirinin müavini idi. Bundan əvvəl isə o, “Boeing” şirkətinin birinci vitse-prezidenti olub. Burada o, həm mülki, həm də hərbi layihələrlə məşğul olub. Şirkətdə raket əleyhinə müdafiə sistemləri və lazer qurğuları da də onun nəzarət sferasında idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...