Mövlud Çavuşoğlu İrana gedəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 20-də İrana səfər edəcək. “Report” “Mehr”ə istinadən xəbər verir ki, səfər İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti üzrə həyata keçiriləcək.

Bildirilib ki, Mövlud Çavuşoğlu ilk dəfə keçirilməsi gözlənilən İran-Türkiyə Strateji Ortaq Planlaşdırma Komissiyasının Toplantısında iştirak etmək üçün İsfahan şəhərinə gedəcək. Tədbir iyunun 21-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə