BMT Mursinin ölümü ilə bağlı müstəqil təhqiqat aparmağa çağırıb

2Misirin hakimiyyət orqanları İyunun 17-də məhkəmə prosesi zamanı həyatını itirmiş sabiq prezident Məhəmməd Mursinin ölümünün müstəqil təhqiqatını aparmalıdır." Bu bəyanatla Cenevrədə BMT-nin insan hüquqları üzrə ali komissarı İdarəsinin rəsmi nümayəndəsi Rupert Kolvill çıxış edib. “Aydındır, vətəndaş Mursinin saxlanma şəraiti də daxil, onun ölümü ilə bağlı son dərəcə diqqətlə müstəqil təhqiqat aparmaq lazımdır”, -deyə o, jurnalistlər arasında yayılan yazılı şərhində qeyd edib. Kolvill vurğulayıb ki, belə təhqiqatı hakimiyyətdən asılı olmayan məhkəmənin, yaxud həbsxanada saxlanmaya cavabdeh olan digər səlahiyyətli orqanların aparması zəruridir. O əlavə edib ki, təhqiqat “sürətli, qərəzsiz və effektli” olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...