Merkel Zelenski ilə görüşdə özünü pis hiss edib

Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Valdimir Zelenski ilə Berlində görüşü zamanı qəfildən özünü pis hiss edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, kanslerin qəribə hərəkətləri mediyanın diqqətindən yayınmayıb. Zelenski və Merkel qırmızı xalı üzərində dayanaraq ölkələrin himninin çalınmasını gözləyiblər. Bu zaman kansleri anlaşılmaz əsmə tutub. Özünü sakitləşdirməyə çalışan Merkel tez-tez əllərinini hərəkət etdirib. Bildirilir ki, Merkelin səhhəti istiyə görə pisləşə bilər, hazırda Berlində 30 dərəcə isti var.

Qeyd edək ki, Vladimir Zelenski Almaniyaya bir günlük ilk rəsmi səfərini edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə