Gürcüstanda məktəbdə yanğın olub

Gürcüstanın Kutaisi şəhərində 3 saylı ictimai məktəbdə yanğın baş verib. SİA-nın verdiyi məlumata görə, yanğın məktəbin dam örtüyü və idman zalında qeydə alınıb.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Yanğının söndürülməsi işləri davam etdirilir.

Məktəbdə tədris prosesi başa çatdığından hadisə zamanı xəsarət alan olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə