Miqrantların ABŞ-dan kütləvi deportasiyası gələn həftə baş tutacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, gömrük və immiqrasiya polisi ölkəyə qeyri-leqal gəlmiş qaçqınları ABŞ-dan çıxracaq. Trampın fikrincə, burada söhbət ABŞ-a qanunsuz gələnlərdən gedir.

"Qeyri-leqallar ABŞ-ı tez bir zamanda, necə gəlmişdilərsə, elə də tərk edəcəklər”,- deyə ABŞ prezidenti vurğulayıb

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...