Nigeriyada 3 terror aktı baş verib

Nigeriyanın şimal-şərqində 3 terror aktı baş verib. SİA-nın məlumatına görə, ard-arda baş vermiş partlayışlar intiharçı terrorçu tərəfindən törədilib.

Terror aktları nəticəsində azı 17 nəfərin öldüyü, daha 30 nəfərin yaralandığı bildirilir.

Daha bir intiharçı terrorçunun isə qadın olduğu, üzərindəki partlayıcının işə düşmədiyi səbəbindən saxlanıldığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...