Hələb yaxınlığındakı kəndin atəşə tutulması 10 nəfərin həyatına son qoyub

Hələb şəhərindən cənubda yerləşən “Əl-Vaduhi” kəndinin müxalif qüvvələr tərəfindən minomyot atəşinə məruz qalması nəticəsində 10 dinc sakin həlak olub.

SİA xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.

Hadisə ilə əlaqədar bundan artıq məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə