Türkiyədə eniş zamanı təyyarənin şassisi partlayıb

Türkiyənin Milas Bodrum Hava Limanına eniş edən təyyarənin şassisi partlayıb.

SİA xəbər verir ki, qəzaya düşən təyyarə enmə zolağından çıxıb. Hadisə yerinə xilasedicilər gəliblər. Xəsarət alan olmayıb. Qəza ilə bağlı müvəqqəti olaraq hava limanında enmə və qalxma dayandırılıb. Təyyarə özəl şirkətlərdən birinə məxsus olub.

Bütün xəbərlər Facebook səhifəmizdə