Putinlə Trampın görüşü bu ayın sonuna nəzərdə tutulub

Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında tam formatlı görüş Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti zamanı baş tuta bilər.

SİA Rusiyanın “5-tv.ru” saytına istinadən bildirir ki, bu sözləri bu gün Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Mətbuat katibi həmçinin vurğulayıb ki, Vaşinqton tərəfdən “hər hansı xəbər” və ya “hər hansı təşəbbüs” almayıblar.

Qeyd edək ki, Osakada keçirilməsi nəzərdə tutulan G20 sammiti cari ilin 28-29 may tarixlərində baş tutacaq.

Putin və Tramp arasında əvvəlki görüş 2018-ci ilin dekabrında Argentinada keçirilmiş G20 sammiti çərçivəsində baş tutmalı idi. Lakin Kerç boğazındakı insident səbəbindən ABŞ lideri bu görüşdən imtina etmişdi.

Prezidentlər arasında son telefon danışığı isə cari ilin 3 may tarixində baş tutub və təxminən 1,5 saat çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə