Netanyahunun xanımı cərimə edilib

İsrail məhkəməsi ölkənin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunu büdcə vəsaitlərini restoran yeməyinə qanunsuz xərclədiyinə görə cərimə edib. SİA "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə "Kan" teleradio şirkəti verib.

Qeyd edilir ki, bununla bağlı dörd illik təhqiqatlara son qoyulub. Məhkəmə S.Netanyahu və dövlət prokurorunun ofisi arasında sazişi təsdiqləyib. Sazişə əsasən büdcəyə 55 min şekele (təxminən 15 min dollar) qaytarılacaq. Radiostansiyanın məlumatına görə, Sara Netanyahu saziş çərçivəsində özünü günahkar saymağa razılaşıb. Amma onun əleyhinə olan büdcə vəsaitələrinin bədxərcliyi və dələduzluq ittihamları ləğv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...