Ukraynada indiyədək 362 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) şənbə günü keçirilən iclasında 98 nəfərin növbədənkənar parlament seçkilərində iştirakı üçün namizədliyini qeydə alıb. Onlardan 22-nin namizədliyi partiya siyahısı ilə təqdim olunub.

SİA Ukrayna kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, MSK indiyədək 44-ü partiya siyahısında olmaqla, ümumilikdə 362 nəfərin deputatlığa namizədliyini qeydə alıb.

Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-nə təyin olunub. Seçkilərdə ATƏT-in 850-yə yaxın müşahidəçisinin iştirak edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...