“Taliban” hərəkatına zərbə: azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb

Əfqanıstanın cənubunda yerləşən Qəndahar vilayətinin iki rayonunda ABŞ aviasiyasının zərbələri nəticəsində azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, öldürülənlər arasında Pakistandan olan 5 silahlı da var. Əməliyyat zamanı, həmçinin, beş əldəqayırma partlayıcı qurğu, silahlılara məxsus beş sığınacaq və onların nəqliyyat vasitələri məhv edilib.

Əfqanıstan təhlükəsizlik orqanlarının məlumatına görə, Gilmənd vilayətində aparılan digər əməliyyat zamanı “Taliban”ın daha 15 silahlısı öldürülüb.

“Taliban” hərəkatı baş verənləri hələlik şərh etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə