İsveçrədə on minlərlə qadın gender bərabərsizliyinə qarşı etiraz aksiyası keçirir

İsveçrədə on minlərlə qadın əməkhaqqının ödənilməsi, məişət zorakılığı, hökumət orqanlarında aşağı təmsil olunduğuna görə nümayiş keçirib.

SİA xarici ktləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, “Qadın tətili” adlandırılan aksiya Bern, Sürix, Cenevrə, Lozanna, Bazel, Sion, Nevşatel şəhərlərində keçirilib. Əvvəlcə Lozannanın Riponn meydanında yüzlərlə qadının toplaşdığı nümayiş gün ərzində ölkəyə yayılıb.

Rəsmi statistikaya görə, qadınlar hökumətdə 43 faiz, Milli Şurada 32, Katonlar şurasında 15, kantonal orqanlarda 25 faiz, kantonal parlamentdə 25 faiz təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə