Məşuqəsinin qətlində günahlandırılan rayon rəhbərinin ilk ifadəsi

Məşuqəsi Yevgeniya İsayenkovanın qətlində günahlandırılan Ramenski rayonunun keçmiş rəhbəri Andrey Kulakov ilk dəfə qətllə bağlı açıqlama verib.

SİA Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, həbsxanada saxlanma şəraitindən razı olduğunu bildirən rəhbər cinayət baş verərkən öz ailəsi ilə birlikdə olduğunu bildirib və növbəti dəfə qətldə iştirakını təkzib edib. “Yevgeniya özündən tez çıxan insan idi. Hansısa xəbəri eşidən kimi dərhal ona emosional şəkildə reaksiya göstərirdi” sözləri ilə sevgilisini xarakterizə edən Kulakovun məhkəməsi iyunun 24-nə təyin olunub. Həmin tarixədək daha bir iclasın keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Yevgeniya İsayenkova mayın 31-də Moskva ətrafında öz avtomobilində boğulmuş vəziyyətdə tapılıb. Onun qətlində Kulakov şübhəli bilinir. Meyitin ilkin müayinəsi zamanı hadisə yerindən rayon rəhbərinə aid DNT nümunələri tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə