ABŞ Oman körfəzindəki münaqişədə İranı ittiham edib

“ABŞ hesab edir ki, Oman körfəzindəki tankerlərə hücumla əlaqədar məsuliyyəti İran daşıyır”.

SİA xəbər verir ki, bu məzmunda bəyanatla ABŞ-ın dövlət katibi Mayk Pompeo çıxış edib. Onun sözlərinə görə, bu fikir “kəşfiyyatın məlumatları”na əsaslanır. Həmin məlumatlar əsasən, istifadəolunmuş silah növləri, bu cür əməliyyatın aparılması üçün bilik səviyyəsi, gəmilərə bu yaxınlardakı analoji hücumları deməyə əsas verir ki, regionda bu əməliyyatı həyata keçirə biləcək başqa güc və qruplar yoxdur.

Bu arada ABŞ prezidenti bəyan edib ki, Vaşinqton və Tehran hələlik danışıqlara hazır deyillər: “Mən Yaponiyanın Baş Nazirinə İrana gedəcəyinə və Ayətullah Əli Xameneyi ilə danışıqlar aparacağına görə minnətdaram. Lakin şəxsən mən belə hesab edirəm ki, nəyinsə imzalanacağı barədə düşünmək hələ tezdir. Onlar (İran) buna hazır deyil, elə biz də”.

ABŞ prezidenti Twitter səhifəsindəki bu fikirlərini Yaponiya Baş Nazirinin İrana səfərindən bir gün öncə yazıb.

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad tankerlərə hücumu “çox şübhəli” adlandırıb. O, həmçinin vurğulayıb ki, insident danışıqların getdiyi zaman baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə