Putinlə Tramp Yaponiyada "ayaqüstü" görüşəcəklər?

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp G20 sammiti çərçivəsində “ayaqüstü görüş” keçirə bilərlər. Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Eyni zamanda o bildirib ki, görüşlə bağlı ABŞ tərəfindən hər hansı bir təklif gəlməyib. Bundan əvvəl D.Tramp rusiyalı həmkarı ilə görüşü istisna etməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə