Ukraynanın paytaxtı Kiyev artıq ABŞ-da və beynəlxalq aləmdə rəsmi şəkildə “Kyiv” kimi istifadə olunacaq. SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Səfirlik rəsmi feysbuk hesabı vasitəsilə bildirib ki, ABŞ-ın Coğrafi Adlar Şurası özünün beynəlxalq bazasında Ukraynanın paytaxtı Kiyevin adını dəyişdirərək Kyiv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə