Stoltenberq ABŞ-ın Polşada baza yaratmasını şərh edib

NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ-ın Polşada hərbi iştirakının artırılacağı ilə bağlı bəyanatı dəstəkləyib.

SİA xəbər verir ki, Stoltenberq bu barədə özünün Twitter səhifəsində paylaşım edib. Baş katibin sözlərinə görə, ABŞ-ın bu addımı rəsmi Vaşintonun Transatlantik blokuna inamından irəli gəlir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünən Polşa Prezidenti Andjey Duda ilə Vaşinqtondakı görüşünn ardından bəyan edib ki, Polşa ən azı min nəfər ABŞ hərbçisinin öz ərazisində yerləşdirilməsi üçün baza yaradacaq.

Polşa prezidenti Andjey Duda isə bildirib ki, ABŞ hərbçiləri Polşa ərazisində daimi əsaslarla fəaliyyət göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə