Livan hərbçiləri Suriya qaçqınları ilə dolu gəmini həbs ediblər

Livan Silahlı Qüvvələrinin dəniz patrulu bu ölkənin su sərhədlərində Suriyadan olan qanunsuz qaçqınlarla dolu gəmini ələ keçiriblər.

SİA-nın məlumatına görə, bu barədə Livan ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Livan ordusunun dəniz patrulu Kalamun sahillərinin əks tərəfində 3,5 dəniz mili məsafədə gəmini saxlayıb. Gəmi qeyri-qanuni formada Bxannin sahilindən yola düşməklə Livanın ərazi sularını tərk etməyə cəhd edirmiş. Gəminin göyərtəsində 10 Suriya vətəndaşı olub”.

Qeyd edək ki, Suriya vətəndaşları son vaxtlar Avropa qitəsinə və ya ən azından, Kipr adasına çatmağa nail olmaq üçün Livan sahillərindən istifadə etməklə qeyri-qanuni dəniz səfərlərinə çıxırlar. Livan ordusunun sahil mühafizə qüvvələri müvafiq hərəkətlərin qarşısını almaq üçün bütün mövcud imkanlardan istifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...