Türk ordusu İraqda terrorçulara qarşı əməliyyat keçirir

Türkiyə Silahlı Qüvvələri birliklikləri aviasiyanın dəstəyi ilə Şimali İraqın Hakurk bölgəsində PKK terrorçularını məhv etmək üçün əməliyyat keçirir. SİA "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, "Pençe" əməliyyatı çərçivəsində son 24 saat ərzində silah anbarları və sığınacaqlar aşkar edilərək məhv edilib.

Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi əməliyyat mayın 28-ə keçən gecə başlayıb.

Şimali İraqdakı əməliyyatın ilk həftələrində 40-dan çox PKK terrorçusu məhv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə