PKK terrorçuları ilə atışmada 4 türk hərbçisi yaralanıb

Türkiyə təhlükəsizlik qüvvələrinın Tunceli bölgəsində antiterror əməliyyatı keçirən hərbçiləri PKK terrorçuları ilə üz-üzə gəliblər. SİA yerli KİV-lərə istinadla xəbər verir ki, terrorçular hərbçilərin “təslim ol” çağırışına məhəl qoymadan atəşə başlayıblar. Nəticədə 4 hərbçi yaralanıb. Onlar Tunceli dövlət xəstəxanasına yerləşdiriliblər.

Bölgədə antiterror əməliyyatı genişləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...