300 mindən çox suriyalı Türkiyə sərhədinə qaçıb

Suriyanın şimal-qərbində gərginliyin artması səbəbiylə aprel ayının əvvəlindən indiyə qədər Türkiyə ilə həmsərhəd bölgəyə 300 mindən çox suriyalı qaçıb. SİA "Anadolu"ya istinadən xəbər verir ki, BMT-nin Dünya Qida Proqramının (WFP) məlumatına görə, Suriyanın bir çox bölgəsində artan gərginliyə görə humanitar yardımın çatdırılması çətinləşib.

Suriyadakı döyüşlər səbəbiylə "WFP" və tərəfdaş təşkilatlar xüsusilə İdlib əyalətinin cənubundakı ərazilər də olmaqla bəzi bölgələrə humanitar yardımın göndərilməsini təxirə salıb.

May ayından etibarən, Hamanın şimalındakı Madik Kalesi rayonunda 7 mindən çox insan humanitar yardımdan məhrum olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə