İqtisadçı Gitanas Nauseda Litvanın yeni prezidentidir

Mayın 26-da Litvada prezident seçkilərinin ikinci turu başa çatıb. SİA-nın

Xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, artıq səsvermə dayandırılıb.

Seçki komissiyası öz saytında bildirib ki, müstəqil namizəd, iqtisadçı Gitanas Nauseda açılan qutuların 29 faizindən 75 faiz səs alıb.

Digər namizəd, keçmiş maliyyə naziri İnqrida Simonite isə hələlik səslərin 24 faizinə sahibdir. Lakin qutuların hamısı açılmadığından səs faizi dəyişə bilər.

Son nəticələr bu gün açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...