Əli Laricani yenidən İran parlamentinin sədri seçilib

Əli Laricani yenidən İran İslam Şurası Məclisinin (parlamentin) sədri seçilib.

SİA-nın məlumatına görə, İran parlamentinin daxili nizamnaməsinə əsasən hər il sədr seçkiləri keçirilir. Bu dəfəki seçkilərdə mühafizəkarlığı ilə seçilən Qum şəhərindən olan millət vəkili Laricanidən başqa, Tehrandan seçilmiş islahatçı Məhəmməd Rza Arif və Hümeynişəhər millət vəkili Məhəmməd Cavad Ebtehi Məclis sədrliyinə namizəd olublar. 274 millət vəkilindən 155-inin səsini qazanan Laricani yenidən İran İslam Şurası Məclisinin sədri seçilib.

Qeyd edək ki, Əli Laricani 2008-ci ildən bəri parlamentin sədridir.

Bütün xəbərlər Facebook səhifəmizdə