Meksikada hərbi vertolyot qəzası 6 can aldı

Meksikada hərbi vertolyotun qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.

Rəsmilər yanğınsöndürmə əməliyyatlarında iştirak edən hərbi vertolyotun Queretaro əyalətindəki Jalpan de la Sierra qəsəbəsi yaxınlığında meşəyə düşüb. Nəticədə 5-i əsgər və biri pilot olmaqla 6 nəfər həyatını itirib. Qəzanın səbəbləri barədə məlumat verilməyib. Hadisə ilə əlaqədar istintaq hərəkətlərinə başlanıb.

Qeyd edək ki, ölkədə son həftələrdə isti və quru hava səbəbindən çox sayda meşə yanğınlarının meydana gəldiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə