Papua-Yeni Qvineyanın yeddi ildən çoxdur ki, hakimiyyətdə olan Baş naziri Piter О'Nil istefa verib. SİA-nın verdiyi xəbərə görə, bu barədə ABC teleradio şirkəti məlumat yayıb. Bildirilir ki, o, öz qərarını Port Morsbidə keçirilən mətbuat konfransında açıqlayıb. P.О'Nil deyib ki, son zamanlar parlamentdə baş verənlər dəyişikliklərin zəruri olduğunu təsdiqləyir.

Bundan sonra Papua-Yeni Qvineyanın Baş naziri vəzifəsini Xalq Tərəqqi Partiyasının sədri, 1980-1982-ci və 1994-1997-ci illərdə Baş nazir olmuş Culius Çan icra edəcək. R.О'Nilin istefası general-qubernator Bob Dadaye tərəfindən qəbul edildikdən sonra qüvvəyə minəcək.

R.О'Nil bir neçə nazir hökumətin tərkibindən çıxdıqdan və parlamentdəki müxalifətə qoşulduqdan sonra istefa vermək qərarına gəlib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...