Silahlı şəxslər şənlik mərasiminə hücum edib ölənlər və yaralananlar var

Meksikada silahlı şəxslər bir ailənin şənlik mərasiminə silahlı hücum edib. SİA-nın verdiyi məlumata görə, hadisə Mexiko ştatının Koakalko rayonunda qeydə alınıb. Hücum zamanı 5 nəfər öldürülüb, daha 3 nəfər yaralanıb.

Yaralıların vəziyyəti ağır qiymətləndirilir. Cinayətkarlar ərazidən qaçaraq gizləniblər. Daha əvvəl Meksikanın Miçoakan ştatında avtomobildən 5 yanmış meyit aşkar edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə