Yaponiya sahillərində iki yük gəmisi toqquşub

Yaponiyanın şərq sahillərində, Sakit okean sularında iki yapon yük gəmisi toqquşub. SİA-nın verdiyi məlumata görə, gecə saat 2 radələrində baş verən hadisə nəticəsində dörd nəfər itkin düşüb.

Bilirilir ki, qəza Çiba prefekturasının İnubosaki şəhərindən 12 kilometr məsafədə baş verib. Hadisə nəticəsində gəmilərdən biri batıb. Qəza baş verən anda həmin gəmidə 5 nəfər heyət üzvü olub, hazırda itkin düşən dörd nəfərin axtarışları davam etdirilir.

Sahil Mühafizəsi Xidmətinin bildirdiyinə görə, qəza baş verən rayonda gecə vaxtı sıx duman olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə