Ukrayna XİN: “Rusiya Dövlət Duması sədrinin Krıma səfəri Ukraynanın ərazi bütövlüyünün pozulmasıdır”

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Krıma səfəri ilə bağlı etirazını bildirib.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici işlər Naziliyinin rəsmi saytında xəbər yerləşdirilib.

Qeyd edək ki, 24-25 may tarixlərində Volodinin sədrliyi ilə rəqəmsal iqtisadiyyatın inkişafının qanunvericiliklə təmin edilməsi Şurasının iclası keçirilib. İclasad deputatlar Rusiyada rəqəmsal iqtisadiyyatıninkişafı üçün lazım olan qanunları ekspertlərlə müzakirə ediblər.

Ukrayna tərəfi öz məlumatında Volodinin Krıma növbəti razılaşdırılmamış səfərinə etiraz edib. Ukraynada XİN bu səfəri “Rusiya tərəfindən Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüynün kobud şəkildə pozulması” kimi qiymətləndirilib.

Əlavə olaraq bildirək ki, Krım Rusiya tərəfindən işğal olunduqdan sonra 2014-cü ildə “referendum” keçirilmiş və seçicilərin 96,77%-i Krımın Rusiyaya “birləşdirilməsi”nə “səs” vermişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə