Avropa Parlamentinə seçkilər keçiriləcək

Mayın 25-də Latviya, Slovakiya və Maltada Avropa Parlamentinə (EP) seçkilər keçirilir. SİA-nın verdiyi məlumata görə, Slovakiyada seçki məntəqələri yerli vaxtla 07:00-dan 22:00-dək fəaliyyət göstərəcək. Slovakiyada seçicilərin sayı 4,4 milyondur. 18 yaşdan yuxarı bütün vətəndaşlar səs vermək hüququna malikdirlər.

Maltada qeydə alınmış seçicilərin sayı təxminən 350 min nəfərdir və 16 yaşdan yuxarı olanlar səs vermək hüququna malikdirlər.

Latviyada qeydə alınmış seçicilərin sayı təxminən 1.4 milyon nəfərdir.

Bütün AB ölkələrində Avropa Parlamentinə seçkilərin ilkin nəticələri 26 may axşamı günü açıqlanacaq. Seçkilərin rəsmi nəticələrin 31 mayda elan ediləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə