Güclü zəlzələ Tokionu silkələdi

Tokionun şərqində Tiba prefekturasında güclü zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Yaponiya Milli Meteoroloji Xidməti yeraltı təkanların 5,1 bal gücündə qeydə alındığını bildirib.

Zəlzələ 40 km dərinlikdə olub. Təkanların Tokioda da hiss olunduğu deyilir.

Dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.

Sunami xəbərdarlığı edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə