Fransada terror aktı: 13 nəfər yaralanıb

Fransanın Lyon şəhərinin mərkəzində çörək mağazasının qarşısında partlayış baş verib. SİA Le Mond qəzetinin internet versiyasına istinadən xəbər verir ki, şübhəli bağlamanın partlaması nəticəsində 13 nəfərin yaralandığı bildirilir.

Terror törətməkdə şübhəli bilinən şəxsin fotosu polis tərəfindən yayılıb.

Həmin şəxsin velosipedlə çörək mağazanın qarşısına gəldiyi, çemodanı yerə qoyduğu və uzaqlaşandan sonra həmin çemodanın partladığı kameralarda qeydə alınıb.

Polis həmin şəxsin təhlükəli olduğunu bildirərək, insanları ehtiyatlı olmağa, onu gördükləri halda polisə zəng etməyə çağırıb.

Prezident Emmanuel Makron hadisəni “hücum” adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə