Venesuelanın ABŞ-dakı səfirliyi ələ keçirildi

Venesuela Milli Assambleyasının müxalifətçi lideri Xuan Quaidonun nümayəndəsi Karlos Vekkyo bildirib ki, tərəfdarları ölkənin Vaşinqtondakı səfirliyinin binasına nəzarəti ələ keçiriblər. SİA xəbər verir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb: "Bizim səfirliyimiz azaddır. Diktaturanın sonu yaxınlaşır", - deyə o bildirib.

Karlos Vekkyo qeyd edib ki, hazırda uzun müddət səfirlik binasını öz nəzarətləri altında saxlayan Venesuela prezidenti Nikolas Maduro tərəfdarı - Amerika fəallarının binaya vurduğu ziyan qiymətləndirilir.

Onun sözlərinə görə, dəymiş ziyanın həcmi böyükdür, müxalifətə diplomatik nümayəndəlik binasının tam bərpası üçün uzun zaman tələb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə