Nursultan Nazarbayev Mövlud Çavuşoğlu ilə görüşüb

Elbası Nursultan Nazarbayev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş zamanı Nursultan Nazarbayev Türk Şurası çərçivəsində dövlətlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər beynəlxalq və regional gündəliyin aktual məsələlərini də müzakirə ediblər. Türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən, Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib.

Nursultan Nazarbayev türk xalqları arasında əlaqələri inkişaf etdirmək və gücləndirmək üçün bundan sonra da lazımi dəstək verəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə