ABŞ Senatı Ukrayna ordusuna 300 milyon dollar yardım edəcək

ABŞ Senatı 2020-ci ildə Ukraynayanın mdafiə qabiliyyətini artırmaq və bu ölkənin təhlükəsizlik siyasətinə kömək məqsədilə maliyyələşməni 300 milyon dollara qədər artırmaq təklifi edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyindən məlumat verilb.

Səfirliyin “Facebook” səhifəsindəki məlumatda deyilir: “ABŞ senatının silahlı qüvvələr komitəsi “2020-ci ildəMilli Müdafiə ehtiyacları üçün büdcə” haqqında qanun layihəsini təsdiq edib. Layihədə Ukraynanın təhlükəsizliyi üçün Pentaqona 300 milyon dollar ayrılması nəzərdə tutulub ki, bu da ötən ilkindən 50 milyon dollar çoxdur”.

Səfirlikdən bildirilir ki, bu məbləğin təzminən 100 milyon dolları silahlanmaya, qalan hissəsi isə Ukraynanın sahil mühafizəsi qüvvələrinə və gəmiəleyhinə raketlərə xərclənəcək.

ABŞ-ın bu addımı, sözsüz ki, Rusiyanın ciddi narazılığına səbəb olur. Rusiya prezidentinin mətbuat katibi dəfələrlə bəyan edib ki, Ukraynaya silah verilməsi Donbas münaqişəsinin nizamlanmasına heç bir kömək etməyəcək.

ATƏT-in keçmiş sədri, Almaniya prezidenti Frank-Valter Ştaynmayer də bəyan edib ki, Ukraynaya silah dəstəyinin verilməsi çox riskli addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...