Moskva: "Türkiyə-Suriya sərhədində təhlükəsizlik təmin olunmalıdır"

"Suriyanın suverenliyinə zərər vermədən Türkiyə-Suriya sərhədində təhlükəsizlik təmin olunmalıdır." Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bütün razılaşmalar əsasında Suriyanın ərazi bütövlüyünə və suverenliyinə qəti şəkildə hörmət edilməsi fikrindəyik. Bu əsasları pozanlar Suriyada uzun müddətli sabitliyin yaradılmasına mane olarlar”, - deyə XİN sözçüsü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə