Saakaşvili Zelenskiyə müraciət edib

Gürcüstanın keçmiş prezidenti, Odessa bölgəsinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynanın prezidenti Vladimir Zelenskiyə Ukrayna vətəndaşlığını geri almaq üçün xahişlə müraciət edib. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruslan Çernolutskiy məlumat verib.

"Biz yeni mərhələyə keçirik və Mixail Saakaşviliyə Ukrayna vətəndaşlağının qaytarılması üçün aktiv çalışırıq. Yeni bir dövr başlayıb - yeni prezident ...Ukrayna prezident administrasiyasında idim və onun vəkili kimi ora getdim və prezident Vladimir Zelenskiyə ədaləti bərpa etməsi üçün müraciət etdim" - Çernolutskiy "Facebook" səhifəsində yazıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə