Türkiyə Venesuelaya 100 min dollarlıq dərman göndərəcək Baş katib

Türkiyə Venesuelaya 100 min dollarlıq dərman göndərəcək. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Qızılay Cəmiyyətinin baş katibi Kerem Kınık bildirib.

Kınık, 21-ci Amerika-Amerika Konfransına qatılmaq üçün gəldiyi Buenos-Ayresdəki Türkiyə səfirliyində iftar yeməyinə qatılıb. Onun sözlərinə görə, dərmanlar Panama vasitəsilə ən qısa zamanda Venesuelaya çatdırılacaq.

Kınık bilirib ki, Türkiyənin Qızılay Cəmiyyəti xüsusilə Cənubi Amerikada aktiv fəaliyyət göstərir. "Biz Haiti, Meksika və Qvatemalada vulkandan əziyyət çəkən insanlara kömək etdik. Təşkilat əlçatmaz bölgələrdəki insanlara da yardım göstərir ", - Kınık deyib.

Onun sözlərinə görə, humanitar dəhliz açılsa Türkiyə Venesuelaya humanitar yardım göstərməyə hazırdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...