Maduro ölkə silahlı qüvvələrinə ABŞ-ın istənilən hərəkətinin qarşısını almaq üçün hazır olmaq göstərişi verib

Venesuela prezidenti Nikolas Maduro ölkə silahlı qüvvələrinə ABŞ-ın istənilən hərəkətinin qarşısını almaq üçün hazır olmaq göstərişi verib.

Maduro bu barədə Twitter sosial şəbəkəsində özünə məxsus olan mikrobloqda yazıb: “Mən bütün növ qoşun növlərinə tapşırıq vermişəm ki, sülhün müdafiəsində durmağa hazır olsunlar. Biz Şimali Amerika imperiyasınına vətənimizə qarşı hər hansı bir avantüranı həyata keçirməyə imkan verməyəcəyik”.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ABŞ-ın Venesuelaya münasibətdə hərəkətin “bütün variantları”nı nəzərdən keçirirlər.

Bu il yanvarın 21-dən prezident Maduronun əleyhinə kütləvi etirazlar başlayıb. Milli Assambleyanın rəhbəri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib. Bir çox Qərb dövlətləri və ABŞ Quaydonu dövlət başçısı kimi tanıdıqlarını bildiriblər.

Maduro isə parlamenti ABŞ-ın əlində “oyuncaq” adlandırıb. Rusiya, Çin, Türkiyə və onların təsir dairəsində olan bəzi ölkələr isə Maduronu legitim prezident kimi dəstəkləyiblər.

Aprelin 30-da müxalifət çevrilişə cəhd etsə də Maduro proseslərin qarşısını almağı bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə